Düsseldorfda İŞİD terrorçularının Suriyada kürdlərin yaşadığı Kobaniyə hücumuna etiraz aksiyaları keçirilib. Newsport.az-ın məlumatına görə, 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Melis Sarıaltın da etirazçılara qoşulub.
Almaniya "Bayer"inin (Leverkuzen) yarımmüdafiəçisi əynində "Kurdistan" yazılmış köynək və bayraqla nümayişə çıxıb.
Sarıaltının bu addımı sosial şəbəkələrdə azərbaycanlılar tərəfindən heç də xoş qarşılanmayıb. Onun Azərbaycan millisində oynamasının yolverilməz olduğu bildirilib.
Melis aksiyada çəkdirdiyi fotoları "facebook" hesabında paylaşıb.







