Topaz Premyer Liqasının I turunda "İnter"in "Qəbələ"ni 4:0 hesabı ilə məğlub etdiyi matçdan sonra qonaqların yeni transferi Yazalde Qomeş Pinto jurnalistlərin sualını cavablandırıb.
Newsport.az saytının məlumatına görə, portuqaliyalı futbolçu komandasının yaxşı oynamadığını deyib.
"Qəbələ" bu gün yaxşı oyun sərgiləmədi. Komanda sanki özündə deyildi. "İnter" bizdən daha yaxşı oyun sərgilədi. Bu gün onlarla bacarmadıq. Məğlubiyyətin əsas səbəbi xeylli səhvlərə yol verməyimiz oldu. Rəqib oyuna yaxşı başladı və erkən qol vurdu. Bundan sonra bizim üçün bir yol var idi - irəli atılmaq. Qol vurmaq istəsək də, alınmadı və əksinə rəqib yenə fərqləndi. Artıq 20-ci dəqiqədə hesab 3:0 idi. Matçın əvvəlində yaranan çaşqınlıqdan “İnter” maksimum istifadə etdi. Biz ikinci hissədə oyunu qismən bərabərləşdirdik, amma qol vura bilmədik".