"Neftçi" və "Qarabağ” istəyinə çatdı

Futbol üzrə Azərbaycan superkubok oyunu təxirə salınıb.
 
Bu barədə Newsport.Az saytına  PFL-in mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.
 
Onun sözlərinə görə, avqustun 13-də "Qarabağ" və "Neftçi" arasında Qəbələdə  keçirilməsi nəzərdə tutulan oyun klubların qarşılıqlı razılığı əsasında başqa günə keçirilib. Avropa Liqasında çıxışları ilə əlaqədar olaraq "Qarabağ” və "Neftçi" PFL-ə müraciət edərək görüşün başqa tarixdə keçirilməsini istəyib. 
 
Qeyd edək ki, hələlik qarşılaşmanın hansı tarixdə baş tutacağı dəqiqləşdirilməyib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right