Millət vəkili: Xorla himn oxuya bilmirlər, heç olmasa futbolu yaxşı oynasınlar

Millət vəkili və Kikboksinq Federasiyasının Prezidenti Adil Əliyev futbol üzrə Azərbaycan yığmasından danışıb.
Newsport.az-ın məlumatına görə, sosial şəbəkədəki şəxsi hesabında millət vəkili yığmanın futbolçularının xorla himn oxumamasına təəssüfləndiyini bildirib:
 
"Bu gün (dünən) Avro-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya yığması milli komandamızı qəbul edir. İTV kanalında açılış mərasiminə baxdım. Yığmaların öz ölkələrinin himnlərini canlı oxumasına diqqət yetirdim. Futbolçularımızın himnimizi xorla oxuya bilməməsinə təəssü etdim. Heç olmasa futbolu yaxşı oynasınlar".




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right