Onu göndərdilər
Newsport.az-ın məlumatına görə, "aslanlar"ın vitse-prezidenti Bəhruz Şirəliyev postundan uzaqlaşdırılıb.
Buna Şirəliyevin işinin çoxluğu səbəb göstərilir. O, başqa bir vəzifədə çalışacaq. Bəhruz bəyin yerinə yeni kadr da təyin olunub. Birinci divizion təmsilçisinin yeni vitse-prezidenti İlqar Axundov olacaq.
İlqar Axundov buna qədər “Rəvan”da ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri idi.