"Neftçi"də forma geyən Ernest Nfor zədəsini sağaltmaq üzrədi.
Newsport.az-ın məlumatına görə, kamerunlu forvard "Bakı"ya qarşı keçirilən yoxlama matçında meydanda olmasa da, Premyer Liqanın növbəti turunda iştirak edəcək.
Hazırda özünü yaxşı hiss edən futbolçu, VIII tur çərçivəsində səfərdə "Sumqayıt" klubuyla matçda komandasına kömək edə biləcək.