Arif Əsədov: "Çalışırıq ki, onları əsas komandaya mümkün qədər tez cəlb edək"

“Neftçi” PFK-nın baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına açıqlama verib. Təcrübəli mütəxəssis “Bakı” ilə yoxlama oyunu haqda fikirlərini bildirib:

Newsport.az-ın verdiyi məlumata görə,klubun rəsmi saytına açıqlama verən Əsədov bunları deyib,“Hazırlıq çərçivəsində ikinci oyunumuzu “Bakı” klubuna qarşı keçirdik. Milli komandalara çağırılmış futbolçuların yoxluğunda daha çox gənc oyunçuların xidmətindən yararlandıq. “Qaradağ Lökbatan”la oyunda olduğu kimi bu dəfə də daha çox gənclərə üstünlük verdik. Start heyətində əvəzedici komandadan 2 futbolçunu meydana buraxdıq. Sonradan daha 4 gənc oyunçuya şans verdik. Bu futbolçular “Neftçi”nin gələcəyidir və çalışırıq ki, onları əsas komandaya mümkün qədər tez cəlb edək. Gənclər püxtələşmək üçün daha çox oyun keçirməlidirlər. Zamanla onlar da əsas komandanın futbolçuları ilə ayaqlaşacaqlar. İnanıram ki, bu futbolçular yaxın gələcəkdə əsas heyətdə yerlərini möhkəmlədə biləcəklər. Onların simasında ümumilikdə ölkə futbolu da yeni adlar qazana bilər”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right