Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən klublarımız yoxlama oyunlarında qüvvəsini sınayır.
Newsport.az-ın mlumatına görə, bu gün paytaxtın iki komandası üz-üzə gələcək.
Çempionatda işləri heç də yaxşı getməyən “Bakı” “Neftçi” ilə qarşılaşacaq. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək oyun saat 16:00-da start götürəcək.
10 0ktyabr
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
“Neftçi” - “Bakı” 0:0
“NEFTÇİ”: Saşa Stamenkoviç, Denis Silva, Emin Mehtiyev, Erik Ramos, Nikolas Kanales, Karlosa Kardosa, Nicat Qurbanov, Kaue, Rahil Məmmədov, Fəhmin Muradbəyli
“BAKI”: Davud Əsgərov, Cəmşid Məhərrəmov, Valeh Seyidov, Risto Ristoviç, Tural Qürbətov, Lukas Mario Horvat, Vüqar Bəybalayev, Pelagias Georgios, Elton Hüseynov, Elşad Manafov, Mahir Mədətov