Xorvatiya - Azərbaycan matçının hakimləri bəlli oldu

"Avro-2016"nın seçmə mərhələsində oktyabrın 13-də keçiriləcək Xorvatiya - Azərbaycan matçının hakimləri müəyyənləşib.

Newsport.az--ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Osiek şəhərində baş tutacaq oyunu isveçrəli hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Stefan Ştuder olacaq. Ona Sandro Pozzi və Jin-Yves Viçt köməklik edəcəklər. Vital Jobin isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək Xorvatiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right