Daim futbolumuza qazandırdığı istedadlarla ad çıxaran Tovuz bu ən-ənə davam edir.
Newsport.az-ın məlumatına görə,ötən il 15 yaşı tamam olmamış Abbas Ağazadəni əsas komandada meydana buraxan Tovuz təmsilçisi bu dəfə daha gənc futbolçuya şans verib. Söhbət 2000-ci il təvəllüdlü Vüsal Mustafayevdən gedir. "Lokomotiv"lə oyunun ikinci hissəsində meydana çıxan Mustafayev Azərbaycan Çempionatları tarixində meydana çıxan ən gənc futbolçu kimi tarixə düşüb. 4:0 hesabı ilə başa çatan oyunun iştirakçısı olan Vüsal gənc yaşına baxmayaraq tribunalara toplaşan azarkeşlərin alqışını qazandı. Oyundan sonra həyəcanlı olduğunu bildirən Vüsal Mustafayev böyük futbolçu olmaq istədiyini dedi: "İlk oyunum olduğundan biraz həyəcanlı idim. Lakin bunu ilk dədiqəqlərdən üzərimdən ata bildim. Bizə şans yaradan məşqçilər korpusuna və rəhbərliyə təşəkkürümü bildirirəm. İnşallah bundan sonra da şans verildikcə özümü sübut edib əsas heyət oyunçusuna çevrilərəm. Məqsədim böyük futbolçu olmaq, millidə Tovuzu layiqincə təmsil etməkdir"