Millimiz məğlub oldu

"Avro-2016"nın seçmə mərhələsində II turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisi bu gün seçmə mərhələdə ikinci matçına çıxacaq.

Berti Foqtsun komandası Palermoda İtaliyanın qonağı olacaq. İlk oyunda Bakıda Bolqarıstana 1:2 hesabı ilə uduzan millimiz bu görüşdən xalla ayrılmağa çalışacaq. Lakin qrupun aşkar favoriti olan İtaliyanın buna nə dərəcədə imkan verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, "Renzo Barbera" stadionunda keçiriləcək İtaliya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xatırladaq ki, komandamız "Avro-2004"ün seçmə mərhələsində də İtaliya ilə eyni qrupda mübarizə aparıb. Həmin vaxt millimiz evdə rəqibinə 0:2, səfərdə isə 0:4 hesabı ilə uduzmuşdu.

 

10 oktyabr

"Avro-2016"nın seçmə mərhələsi, II tur

H qrupu

23:45. İtaliya - Azərbaycan 2-1

Qol: Kellini, 44 (1:0), Kelleini, 76-avtoqol (1:1), Kelleini,81(2-1)
Hakimlər: Hüseyin Göçek, Mustafa Eyisoy, Orkun Aktaş və Serkan Ok
Palermo. "Renzo Barbera" stadionu. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right