"Neftçi" rəsmisi: Bu xəbərləri yayanlar "Neftçi"-nin uğruna kölgə salmaq istəyənlərdi

Bu gün mətbuatda "Neftçi"nin prezidenti Sadıq Sadıqovun oğlanlarının yen vitse-prezident Elnur Məmmədovun göstərişi ilə klub bazasından çıxarıldığı haqda xəbərlər yayılıb. Artıq klubdan bununla bağlı rəsmi münasibət bildirilib.
 
Newsport.az-ın məlumatına görə,Paytaxt klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə saytımıza açıqlamasında bu xəbərlərin yalnış olduğunu söyləyib:
 
"Bunların hamısı yalan məlumatlardır. Bu tipli xəbərlər haradan yaranır, bilmirik. Bununla "Neftçi"də olan ab-havanı korlamaq istəyirlər. Təəssüf edirəm ki, bəzi jurnalistlər bu cür məlumatları ictimaiyyətə çatdırır. Bu məlumatlar kökündən yalnışdır.Bu xəbərləri yayanlar "Neftçi"-nin uğruna kölgə salmaq istəyənlərdi onlar görürlər ki,"Neftçi" də hamı birlikdə uğur haqqında fikirləşir bu səbəbdən bizə yaraşmayan xəbərləri içtimayyətə çatdırırlar .Elə bu gün də hamı birgə klub bazasında olub. Bunlar "Neftçi"də intriqa yaratmaq istəyənlərin işidir. Mən bu işə ancaq təəssüf edə bilərəm".
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right