"Qəbələ"nin futbolçusu Ruslan Əmircanov dünən Azərbaycan Premyer Liqasının I turu çərçivəsində "İnter"ə 4:0 heabı ilə məğlub olduqları oyundan sonra görüşlə bağlı fikirlərini bildirib.
Newsport.az saytının məlumatına görə, Əmircanov vurulan erkən qol onların planlarını pozduğunu bildirib:
"Belə məğlubiyyəti biz də gözləmirdik. "İnter"in güclü komanda olduğunu bilirik. Oyuna çox yaxşı hazırlaşmışdıq. Erkən qoldan sonra planlarımız alt-üst oldu. Biz hesabı bərabərləşdirm. k istəyirdik, rəqib əks hücumlarda bizə qol vururdu. Səhvlərimiz çox oldu. "İnter"lə 50 dəfə oynasaq belə səhvlər eləmərik. Bu gün bizim günümüz deyildi. Hələ qarşıda "İnter"lə 3 oyunumuz var. Heç olmasa ev oyununda "İnter"dən qisasımızı alacağıq".