"Qarabağ" "Qəbələ" ilə oyuna itkilərlə hazırlaşır

Azərbaycan Premyer Liqasının 8-ci turunda "Qəbələ" ilə qarşılaşacaq "Qarabağ" klubu bu oyunun hazırlıqlarını davam etdirir. 

Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Avro-2016"nın seçmə mərhələsinin oyunları ilə əlaqədar müxtəlif yığmalara gedən futbolçularla yanaşı, Danilo Dias və Cumbinyo da zədə səbəbindən komandadan kənar düşüb. 

Belədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qəbələ" ilə oyununun hazırlıqlarına əvəzedici heyətdən bir neçə futbolçunu da cəlb edib.

Qeyd edək ki, Premyer Liqanın VIII turunun "Qarabağ" -"Qəbələ" oyunu oktyabrın 18-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right