Kaxaber Sxadadze: "Qələbəni unutmalıyıq" AÇIQLAMA

Topaz Premyer Liqasının ilk turunda “İnter” öz meydanında “Qəbələ” ilə qarşılaşdı. Cari mövsümdəki Avroliqada təmsilçilərimizin duelindən bakılılar inamlı qələbə ilə ayrıldı – 4:0.
 
Newsport.az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Kaxaber Sxadadze qələbə münasibəti ilə komandasını təbrik edib:
 
“Çempionatın başlaması ilə hamını təbrik edirəm. Ötən mövsüm olduğu kimi, bu il də maraqlı keçəcəyinə inanıram. Avroliqada oynadığımız 4 oyun öz sözünü dedi. Futbolçuların bir-biri ilə anlaşması rəqibdən daha yaxşı idi. Oyuna yaxşı nəzarət edirdik. İlk hissənin son 7 dəqiqəsində isə tələsirdik. Hücuma keçib qol vurmaq istəyirdik. İkinci hissənin də ilk 5 dəqiqəsində xaotik oynayırdıq. Futbolçulara gözəl oyuna görə minnətdaram. Gözəl oyun və yaxşı nəticədən məmnunam. Eyforiyaya qapılmaq lazım deyil. Bu qələbəni unudub, qarşıdakı oyunlara baxmalıyıq”.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right