"Neftçi"nin daha bir futbolçusu milliyə çağırıldı

"Neftçi”nin aparıcı oyunçularından olan Julius Vobay klubun düşərgəsini tərk edib.

Newsport.az xəbər verir ki,  buna səbəb təcrübəli yarımmüdafiəçinin Syerra-Leone millisindən dəvət almasıdır.

Vobay Bakıya oktyabrın 15-də qayıdacaq.

Xatırladaq ki, komandnın üzvlərindən Emil Balayev, Elvin Yunuszadə, Elnur Allahverdiyev və Araz Abdullayev hazırda Azərbaycan yığmasının heyətindədir. Bundan əlavə braziliyalı yarımmüdafiəçi Flavinyo müalicəsini davam etdirmək üçün İtaliyaya gedib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right