Topaz Premyer Liqasının ilk turunda “İnter” öz meydanında “Qəbələ” ilə qarşılaşdı. Cari mövsümdəki Avroliqada təmsilçilərimizin duelindən bakılılar inamlı qələbə ilə ayrıldı – 4:0.
Newsport.az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında qonaqlarn baş məşqçisi Dorinel Munteanu məğlub olmaqlarına baxmayaraq , komandasına inandığını bildirib:
“Mövsümə qələbə ilə başlamaq istəyirdik. Təəssüf ki, bütün komandanın bu gün oyunu alınmadı. Uğursuz çıxış etdik. Təbii ki, “İnter”in də uğurlu oyununu qeyd etməliyəm. Artıq növbəti oyunu düşünəcəyik, qarşıdakı oyuna hazırlaşacağıq. Komandamızın daha yaxşı oyun göstərəcəyinə inanırıq. Məğlubiyyətə baxmayaraq, komandaya inamımız var”.