AZAL Qəbələdə

Azərbaycan  Premyer Liqasının 8-ci turunda səfərdə "Araz Naxçıvan"la üz-üzə gələcək AZAL hazırlıqlarını davam etdirir.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən maksimum istifadə etməyə çalışan AZAL bu məqsədlə yoldaşlıq oyunu da keçirəcək. 
"Təyyarəçilər" oktyabrın 9-da "Qəbələ" ilə qarşılaşacaq. Bunun üçün komanda artıq Qəbələyə yollanıb. Komanda artıq Qəbələ şəhər stadionunda məşq də edib.

Qeyd edək ki,  "Qəbələ" - AZAL  yoxlama matçı sabah saat 16:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right