Topaz Premyer Liqasının 1-ci turunda “Sumqayıt” “Qarabağ”la qarşılaşdı. “Gənclər şəhəri”nin təmsilçisi rəqibinə 0-3 hesabı ilə məğlub olaraq mövsümün ilk ev oyununda azarkeşlərini sevindirə bilmədi.
Newsport.az saytının məlumatına görə, oyundan sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Aqil Məmmədov komandasından razı qaldığını bildirib:
“0-3 hesabı ilə məğlub olsaq da, komandadan razı qaldım. Çox maraqlı oyun oldu. Arzu edirik ki, həm “Qarabağ”, həm də “Neftçi” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazansın. Səhvlərimiz olmalı idi, çünki, “Qarabağ”ın futbolçularının ustalıq səviyyəsi bizimkilərdən yüksəkdir”.