"Araz Naxçıvan"dan qalmaqallı şəkildə ayrılan Elhad Nəzirinin yeni iş yeri müəyyənləşib.
Newsport.az xəbər verir ki, 21 yaşlı oyunçu karyerasını "Xəzər Lənkəran"da davam etdirəcək.
Gənc müdafiəçi hazırda Cənub təmsilçisinin əvəzedici heyətində məşq edir. Onunla yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir.