Xəbər verdiyimiz kimi, "Qarabağ" son olaraq "Livorno"da forma geyən İnnokent Emeqaranı heyətinə qatıb.
Newsport.az xəbər verir ki, Ağdam klubunun bu transferi Fransa mətbuatından da yan keçməyib.
Belə ki, fransalı həmkarlarımız Nigeriya əsilli isveçrəli forvardın komandamıza keçidindən yazıblar. Onun bu keçidi daha əvvəl İsveçrə mediasında qeyd olunub.