PFL "Qarabağ"a texniki məğlubiyyət verdi, Qurbanov anlayışla qarşıladı

Azərbaycan Premyer Liqasının ilk turunda daha bir rüsvayçılıq yaşanıb.
 
Newsport.az saytının məlumatına görə, "Sumqayıt" doğma meydanda "Qarabağ"a 0:3 hesabı ilə məğlub olsada, texniki qələbə qazanacaq. Belə ki, Ağdam təmsilçisi oyun zamanı legioner limitini pozub. Komanda matça 6 legioner (Sehiç, Teli, Aqolli, Muarem, Çumbinyo, Reynaldo) və 5 yerli (Quliyev, Əhmədov, Yusifov, Qarayev, Nadirov) futbolçuyla başlasa da, oyunun 59-cu dəqiqəsində Namiq Yusifovu Riçard Almeyda əvəzləyib. Bu zaman “Qarabağ”ın heyətində meydanda 6 əcnəbi, 5 yerli futbolçu olub ki, bu da limitin pozulması deməkdir.
 
Oyundan sonra məsələ ilə bağlı açıqlama verən PFL rəhbəri Ramin Musayev də "Qarabağ"a texniki məğlubiyyət veriləcəyi təsdiqləyib:
"Qarabağ" legioner limitini pozub, buna görə, komandaya 3:0 hesablı texniki məğlubiyyət veriləcək".
 
Məsələ ilə bağlı klubun rəsmi saytına açıqlama verən Qurban Qurbanovda səhv etdiklərini boyuna alıb, PFL-in verəcəyi qərarı anlayışla qarşılayacaqlarını bildirib:
 
"Bu gün Azərbaycan Premyer Liqasının açılış turu idi.Oyunun 59-cu dəqiqəsində oyunçu dəyişikliyi yerinə yetirən zaman texniki səhv baş verdi.Beləki ilk olaraq Namiq Yusifovun əvəzinə Meydana Riçard Almeyda daxil oldu.Meydanda sayca maksimum 6 legioner ola biləcəyini nəzərə alsaq texniki səhv etmiş olduğumuzu anladıq.Oyundan dərhal sonra baş vermiş hadisəni məşqçilər korpusu olaraq müzakirə etdik və səhv etdiyimizi anladıq.İlk olaraq Muaremin əvəzinə Namiq Ələsgərov daxil olmalı idi amma Namiq Yusifun əvəzinə Riçard Almeyda daxil oldu.Oyun zamanı baş verən səhvimizi anlayır və PFL tərəfindən verilə biləcək cəzanı anlayışla qarşılayacağımızı bildirirəm"




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right