Futbol üzrə Azərbaycan çempionatının I Divizionunun son turu çərçivəsində keçirilən "Bakılı” – "Kəpəz” matçı bir sıra diqqətçəkən məqamlarla yadda qalıb. Əslində burda qeyri-adi heç nə yoxdur. Əgər meydançada mübarizə aparan komanda Misir Əbilovun komandasıdırsa və üstəlik, Əbilov özü də stadiona gəlibsə, qeyri-adi hadisənin olmaması mümkün deyil.
Newsport.az-ın məlumatına görə, sözügedən matçı tribunadan izləyən "Bakılı”nın prezidenti oyunun gedişində baş hakim Anar Niyazovu təhqir etməklə diqqət çəkib. Epizodların birində qayda pozuntusu qeydə alan, fit verərək "Bakılı”nın hücumunu ləngidən Niyazov klub prezidentindən ilk təhqiri eşitdi. Hakimin qərarına bərk qəzəblənən Əbilov onun ünvanına "Anar, "ataka"nı pozma, sənin keçəlivə...” deyərək baş hakimi "yağladı”.
Anar matçın sonlarına doğru Əbilov tərəfdən daha iki dəfə təhqir olundu. Hesabda 2:1 öndə olan "Bakılı”nın prezidenti Niyazovun ünvanına "vaxt qurtarıb, ay eşşək” və "hava qaraldı, tez elə, qoyunlar düzdə qalıb” deməklə yenə diqqətləri üzərinə çəkdi.
Maraq üçün qeyd eədk ki, Anar Niyazovla Misir Əbilov eyni bölgədəndir və həmyerlidirlər.
(Futbol+ qəzeti)