Əsgər Abdullayev jurnalistlərə səsləndi: "Adamın Allahı var" AÇIQLAMA

Topaz Premyer Liqasının ilk turunda Naxçıvana səfər edən “Neftçi” yerli “Araz Naxçıvan”a 0-3 hesabı ilə məğlub olub.
 
Newsport.az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Əsgər Abdullayev komandada çatışmazlıqların olduğunu vurğulayıb:
 
“İki fərqli hissə oynadıq. Futbolçular ikinci hissədə tapşırıqları daha düzgün yerinə yetirdilər. İlk hissədə cinahlardan istifadə edə bilmədik. Elmin Çobanovun oyuna daxil olmasından sonra isə vəziyyət dəyişdi. Cinahlar güclü olanda komandaya oyununu qurmaq daha asan olur. Cinahsız komanda, qanadsız quş kimidir. Bütün azarkeşlərimizi təbrik edirəm, futbolçularıma minnətdaram. İkinci hissədə tapşırıqları tam yerinə yetirdilər. Azarkeş 12-ci oyunçudur. Çatışmazlıqlarımızı hələ var. Komanda əsasən yerli futbolçulardan təşkil olunub. Çalışırıq ki, əlimizdən gələni edək, azarkeşlərimizi sevindirək. Güclülər dəstəsinə rəng qatmaq istəyirik. KİV-də haqqımda yayılan şaiyələr haqqında danışmaq istəmirəm. Adamın Allahı var. Kimisə ləkələmək ayıbdır”.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right