"Neftçi" Bertuççi ilə müqaviləni ləğv etdi

"Neftçi" futbolçusu Bruno Bertuççi ilə yolları ayırıb.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, braziliyalı müdafiəçinin müraciətindən sonra onunla müqavilə qarşılıqlı razılaşma ilə ləğv olunub.

Qeyd edək ki, 2012-ci ildən “Neftçi”nin şərəfini qoruyan B.Bertuççi Azərbaycan çempionu və ölkə kubokunun qalibi olmaqla yanaşı, Avropa Liqasının qrup mərhələsi oyunlarında da iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right