"Neftçi"nin məşqçisi: "Gənclər ümidləri doğrultmadı" AÇIQLAMA

Topaz Premyer Liqasının ilk turunda Naxçıvana səfər edən “Neftçi” yerli “Araz Naxçıvan”a 0-3 hesabı ilə məğlub olub.
 
Newsport.az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında qonaqların məşqçisi Nazim Əliyev gənclərin ehtimadı doğrultmadığını bildirib:
 
 “Təəssüf ki, məğlubiyyətlə üzləşdik. Bugünkü oyunda gənc futbolçularımızı yoxlamaq istəyirdik. Klub tərəfindən onlara şans verildi. Avroliqada demək olar ki, oynamaq şansları olmur. 3-4 nəfəri çıxmaqla, demək olar ki, heç biri etimadı doğrultmadı. “Araz Naxçıvan”ı qələbə ilə təbrik edirəm”.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right