Xəbər verdiyimiz kimi, "Qəbələ" və "Simurq" klubları arasında oktyabrın 9-da Qəbələ şəhərində keçirilməli olan yoxlama matçı ləğv olunub.
Newsport.az xəbər verir ki, bu üzdən "Qəbələ" yeni rəqib axtarışına çıxıb.
Artıq Dorinel Munteanunun komandası özünə rəqib tapıb. Belə ki, əyalət təmsilçisi paytaxtın AZAL klubuyla razılıq əldə edib. Bu komandalar oktyabrın 9-da "AZAL Arena"da üz-üzə gələcəklər.