Bir vaxtlar "Bakı"da forma geymiş Ernad Skuliç yenidən sabiq klubuna qayıdıb.
Newsport.az-ın məlumatına görə ötən mövsüm karyerasını bitirmiş oyunçu bununla yenidən yaşıl meydanlara geri dönür.
Hər halda, 34 yaşlı futbolçunun paytaxt klubuna qayıtmaqda məqsədi pul qazanmaqdan başqa bir şey deyil. "Zolaqlılar" təcrübəli yarımmüdafiəçiyə hər ay üçün 2-3 min dollar maaş verəcək.
Skuliç 2008/2012-ci illərdə "Bakı"nın şərəfini qoruyub.