Xəbər verdiyimiz kimi, "Qarabağ" ötən mövsümü İtaliyada keçirən İnnosent Emeqaranı transfer edib.
Newsport.az-ın məlumatına görə, son olaraq "Livorno"da çıxış etmiş oyunçu Ağdam klubuna Avroliqada kömək edə bilməyəcək.
Çünki 25 yaşlı futbolçu UEFA-nın nizamnaməsinə əsasən Avroliqada qrup mərhələsində oynaya bilməz. Əgər təmsilçimiz qrupdan çıxmağı bacarsa, o zaman forvard Avroliqada iştirak edə bilər.