"Xəzər Lənkəran"ın gənc qapıçısı zədəsini sağaltdı

Milli komandamızın AÇ-2016-nın seçmə mərhələsindəki rəsmi matçları ilə əlaqədar ölkə çempionatında verilən fasilə müddətində  “Xəzər Lənkəran” hazırlığa start verib.

Newsport.az-ın məlumatına görə, Cənub klubu dünəndən başlayaraq Lənkərandakı bazasında məşqlərini davam etdirir. 

Gündə iki dəfə olmaqla keçirilən məşqlərdə futbolçularımız gündüz fiziki, axşam çalışmalarında isə taktiki planda məşqçilər korpusunun verdiyi tapşırıqları yerinə yetirir. Zədəli futbolçularımızdan Alfred Sanko və Əfran İsmayılov fərdi qaydada məşq prosesinə qoşulsa da qapıçımız Orxan Sadıqlı artıq komanda ilə birgə hazırlıqda iştirak edir. 

Hazırda əsas milli komandamızın Almaniyada keçirilən toplanışında “Xəzər Lənkəran”ın 4 futbolçusu- Rahid Əmirquliyev, Rasim Ramaldanov,Rauf Əliyev və ilk dəfə əsas milli komandamıza çağrılan Ağabala Ramazanov iştirak edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right