Toğrul Erat: İtaliyaya qarşı oynamağı çox arzulayıram

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Toğrul Erat AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya və Xorvatiyaya qarşı oyunlara dəvət olunmasına münasibət bildirib.

Newsport.az-ın məlumatına görə,Azerisport.az-a açıqlamasında o, bunları söyləyib:

"Foqtsun məni Frankfurt toplanışına çağıracağını gözləyirdim. İtaliya yığmasına qarşı oynamağı çox arzuladığımı gizlətmirəm. Bu, dünyanın ən güclü komandalarından biridi. Millinin Bolqarıstanla son oyununa baxa bilmdim. Çünki həmin vaxt gənclərdən ibarət millidə idim. Komandamız tsiklə məğlubiyyətlə başladı. Amma qarşıdakı oyunlarda qələbə qazanmağa çalışacağıq. İnanıram ki, yaxşı nəticə qazana bilərik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right