Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turunun oyunları başa çatıb.
Newsport.az-saytının məlumatına görə, bu gün daha üç qarşılaşma keçirilib.
Azərbaycanın Avropa Liqasındakı təmsilçisi Bakının "Neftçi" klubu səfərdə Premyer Liqanın debütantı "Araz Naxçıvan"ın qonağı olub. Naxçıvanda keçiriləcən matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Avroliqadakı digər təmsilçimiz "Qarabağ" klubu isə ilk turda Sumqayıta səfər edib. Ağdam təmsilçisi orada yerli "Sumqayıt" klubu ilə münasibətlərinə aydınlıq gətirib. Oyun Ağdam təmsilçisinin 0:3 hesablı qələbəsi ilə başa çatıb.
Turun mərkəzi qarşılaşması Bakıda baş tutub. Burada "İnter" klubu ötən mövsümün bürünc mükafatçısı "Qəbələ" komandasını sınağa çəkib. "İnter Arena"da keçirilən oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, mövsümə ötən gün keçirilən AZAL - "Xəzər Lənkəran" oyunu ilə start verilib. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1. Turun digər matçı "Bakı" - "Simurq" oyunu isə məlum səbəblərdən təxirə salınıb.
10 avqust (bazar)
Azərbaycan Premyer Liqası, I-ci tur
18:00. “Araz Naxçıvan” – “Neftçi” -3 :0 (Ikinci hissə)
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Ramiz Məhərrəmov
Naxçıvan Muxtar Respublika stadionu
QOLLAR: David Janelidze 51, 90, Elmin Çobanov 83
20:00. “İnter” – “Qəbələ” - 4:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Nail Nağıyev
“İnter Arena” stadionu
Qollar: Amisulaşvili, 9 (1:0), Migel Alvaro, 15 (2:0), Məhəmməd Mirzəbəyov, 20 (3:0), Migel Alvaro 73, (4:0)
20:00. “Sumqayıt” – “Qarabağ” - 0:3
Qol: Reynaldo, 34 (0:2), 85 (0:3), Bəxtiyar Həsənzadə, 81 (0:2)
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Elşən Acalov, Sərxan İsmayılov
“Sumqayıt Arena”