AZAL istirahətə çəkildi

AZAL hazırlıqlarını davam etdirir.

Newsport.az xəbər verir ki, komanda "AZAL Arena"da gündəlik məşqlərinə ara vermir.

İki gün davam edən sıx hazırlıq qrafikindən sonra dünən baş məşqçi Tərlan Əhmədovun istəyi ilə ikitərəfli oyun baş tutub. Şərti olaraq “yaşıllar” və “qırmızılar”a bölünən paytaxt klubu 1 saat davam edən matçda qalibi müəyyən edə bilmədi. 

Tərəflər hərəyə bir qol vurduğundan matç “sülh”lə başa çatıb. “Yaşıllar”dan Rəşad Abdullayev, “qırmızılar”dan isə Freddi Mombonqo fərqlənib.

Qurban bayramıyla əlaqədar bu gün komandaya istirahət verilib. Kollektiv sabahdan səhər məşqində bir araya gələcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right