"Qarabağ"da forma geyən Ansi Aqolli yenə Albaniya millisinə dəvət alıb.
Newsport.az xəbər verir ki, təcrübəli futbolçu yığmanın AÇ-2016-nın seçmə qrup mərhələsində Danimarka və Serbiya ilə oyunları üçün heyətə çağırılıb.
Bundan öncə də milliyə cəlb olunan müdafiəçi, qrup mərhələsinin ilk turunda Portuqaliya ilə səfər matçında 90 dəqiqə meydanda mübarizə apamışdı. Həmin görüşdə albanlar gözlənilmədən qələbə qazanmışdılar - 1:0.
Albaniya seçməsi bu ayın 11-də evdə Danimarkayla, 14-də isə səfərdə Serbiyayla görüşəcək.