Öncədən də xəbər veridiyimiz kimi, yayılan iddialara görə, bu ilin yanvarında Antalyada təlim-məşq toplanışında olan "bankirlər" qaldıqları otelə 24 000 dollar borclu qalıblar.
Newsport.az olaraq məsələni aydınlaşdırmaq qərarına gəldik.Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov saytımıza açıqlamasında bu iddiaları əsassız saydıqlarını bildirib:"İnter"lə otel arasında müqavilə imzalanıb. Həmin müqavilə əsasında pul da ödənilib. İki tərəf arasında imzalanan müqaviləyə əsasən heç bir borcumuz yoxdu. Borcun mənbəyi göstərilməlidir. Haradan yarandığı açıqlanmalıdı. Bizim həmin müddətdə oteldən xidmət haqqına görə borcumuz yoxdu. Biz müqavilə öhdəliklərimizi yerinə yetirmişik".