"Araz-Naxçıvan" - "Neftçi" oyununa 2 min bilet satılıb? AÇIQLAMA

Bu gün Premyer Liqanın birinci turu çərçivəsində "Araz Naxçıvan" "Neftçi"ni qəbul edəcək.
 
Newsport.az saytının məlumatına görə, 14 il son ilk dəfə Naxçıvan təmsilçisi doğma meydanda çempionat matçına çıxacaq. Bəs görəsən, naxçıvanlı azarkeşlərin Premyer Liqanın ilk oyununa marağı nə qədərdir ?
 
Məsələ ilə bağlı klubun mətbuat katibi Ceyhun Məmmədovla əlaqə saxladıq. Klub rəsmisi oyun üçün 2 min bilet satıldığını, oyun başlayana kimi bu rəqəmin artacağını bildirdi:
 
"Naxçıvanda oyuna maraq olduqca yüksəkdi. Oyuna 2 minə yaxın bilet satılıb, amma oyunun başlamağına dəqiqələr qalmış bu rəqəm daha da çoxalacaq. Ötən mövsüm Birinci divizion oyunlarına 6-7 min azarkeş gəlirdir. Bu gün bu rəqəmin 10 min-ə yaxın olacağı gözlənilir".




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right