Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən "İnter" komandası təlim-məşq toplanışı keçirmək məqsədilə Gürcüstanda səfərdədir.
Newsport.az saytına açıqlamasında klubun Mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov bunları deyib:Bu gün komandamız Tbilisidə ilk məşqinə çıxdı. Məşq prosesi isinmə hərəkətlərilə başladı. Sonra futbolçular müxtəlif məsafələrə qaçış həyata keçirdilər.
Qeyd edək ki, "İnter" bu gün axşam da məşq edəcək.