"İnter" haqqında ŞOK iddia: Antalyada qaldıqları otelə 24 min atıb aradan çıxıblar

Bakının "İnter" klubunun adı fırıldaqda hallanır. 

 

Newsport.az  xəbər verir ki, bu ilin yanvarında Antalyada təlim-məşq toplanışında olan "bankirlər" qaldıqları otelə 24 000 dollar borclu qalıblar.

 

Sonradan bu borcu ödəyəcəklərini bildirsələr də sözlərinə əməl etməyiblər. Loru dildə desək, dabanlarına tüpürüb Antalyadan qaçıblar. Elə bu yaxınlara da toplanış üçün türkiyəni yox, gürcüstanı seçmələri də bununla bağlıdır. Deyilənə görə, həmin otel rəhbərliyi də Antalyada və digər turizm şəhərlərində olan bütün otel rəhbərliyinə bununla bağlı xəbərdarlqı göndərərək bildirib ki, Azərbaycanın "İnter" klubunu qəti qəbul etməsinlər çünki, onlar da aldana bilər. 

 

Hər halda məsələni də biz də araşdırmağa çalışacağıq. Həqiqətən də belə bir hal baş veribsə bu, bizima dımıza utancverici bir olaydır. Çünki "İnter"in sayəsində Azərbaycanın digər klubları haqqında da mənfi rəy formalaşa bilər və qışda klublarımızı Antalyaya buraxmaya bilərlər.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right