Ölkəmizi Avropa Liqasının qrupunda təmsil edən “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
Newsport.az-ın xəbərinə görə, Ağdam təmsilçisi bir müddətdir Nigeriya əsilli isveçrəli futbolçu İnnosent Emeqara ilə danışıqlar aparır və tərəflər arasında razılıq əldə olunub.
Bu arada rekord.az saytı isə xəbər yayıb ki, artıq 25 yaşlı hücumçu bu gün Bakıya gəlib və klubun Suraxanıdakı bazasında olaraq, komanda rəhbərliyi ilə görüşüb. Onunla rəsmi müqaviləyə imzalandığı da bildirilir. Sadəcə, hazırda bayram günü olduğu üçün müqavilənin notariusda təsdiqlənməsi gələn həftəyə qalıb.
Bu məlumatı dəqiqləşdirmək üçün klubun Mətbuat Xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. O isə istirahətdə olquğunu və bu xəbəri ilk dəfə olaraq bizdən eşitdiyini söyləyib.
Qeyd edək ki, Nigeriya millisinə də dəvət alan Emeqara İtaliya çempionatında 47 oyunda meydançaya çıxıb və 11 qola imza atıb.