Flavinyo İtaliyaya yollandı

"Neftçi” Azərbaycan Premyer Liqanın 8-ci turunda “Sumqayıt”la keçiriləcək oyunun hazırlığını davam etdirir.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu gün klubun bazasındakı meydançada baş tutan məşqdə milli komandaların heyətinə cəlb olunmuş futbolçularla yanaşı, komandanın kapitanı Flavinyo da iştirak etməyib. O, zədəsini müalicə etdirmək üçün İtaliyaya yollanıb. Braziliyalı yarımmüdafiəçi orada şəxsi həkiminin nəzarəti altında müalicə olunacaq.

“Neftçi”nin məşqindən hazırlanmış videoreportajı təqdim edirik:

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right