AFFA yenidən sözünün üstündə durmadı ÖZƏL

Ötən mövsüm Azərbaycan Birinci divizionun son turunda, konkret olaraq 30-cu turda "Kəpəz"lə oyuna çıxmadığına görə, paytaxtın "Bakılı" klubu AFFA İcraiyyə Komitəsi tərəfindən bu mövsüm çempionatda iştirak etməmək cəzası almışdı.
 
Newsport.az saytının  məlumatına görə, paytaxt təmsilçisi bu mövsüm də Azərbaycan Birinci divizionunda iştirak edəcək. Saytımıza kluba yaxın mənbələrdən daxil olan məlumata görə,  AFFA rəhbərliyi "Şəhərlilər"in cəzasını ləğv edərək çempionatda iştirak etməyə icazə verib.
 
Qeyd edək ki, klub artıq rəhbərlik tərəfindən formalaşdırılmağa başlayıb. Komanda keçən mövsümdə olduğu kimi, yenidən Rafik Əliyevə tapşırılıb. 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right