Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində İtaliyada “İnter”ə 0:2 hesabı ilə uduzan “Qarabağ” klubunun müdafiəçisi İlqar Qurbanovun Newsport.az saytına müsahibəsi
Dünənki oyun barədə nə deyə bilərsiz?
-Çətin oyun keçdi qol imkanlarımız var idi amma dəyərləndirə bilmədik. Məncə pis oynamadıq, yaxşı oyun göstərdik.
Oyunun ən yaxşılarından biri siz idiz bəs öz oyununuzu bəyəndizmi?
-Tək məni dəyərləndirmək düzgün deyil. Futbol komanda oyunudur. Sözün düzü öz oyunumu o qədər də bəyənmədim əksiklərim var.
Zədələnərək oyunu yarımçıq tərk etdiz,zədəniz ciddidirmi?
-Zədələnmədim sadəcə əzələmi dartdım və ayağımda biraz ağrı var idi. Keçmiş zədəmdən sonra fiziki formamı tam bərpa etməmişəm,ona görə belə oldu. Ağır oyun idi çox yorulduğuma görə bu problem ortaya çıxdı.
"Dnepr"lə oyuna kimi hazır olacaqsanmı?
-İrəlidə 1 həftə ara var çalışıb fiziki cəhətdən oyuna tam hazır olacam.
"Dnepr"in baş məşqçisi Miron Markeviç qrupda favoritin "İnter" olduğu ikinci yer uğrunda isə "Sent-Etiyen"lə "Dnepr"in mübarizə aparacağını söyləyib,buna fikriniz?
-Onun dedikləri mənə maraqlı deyil. Biz futbolçuyuq bizim işimiz futbol oynamaqdır, hərənin öz fikirləşmə tərzi var,biz onun fikirlərinə hörmətlə yanaşırıq.
"Qarabağ"ın qrupdan çıxmaq şansı sizcə nə qədər realdı?
-Şanslarımız son oyuna kimi davam edir. Vəziyyət biraz çətindi amma futbolda mümkünsüz heçnə yoxdur. Amma hələlik bu barədə danışmaq çox tezdir, qarşıdakı oyunda "Dnepr"dən xal alsaq o zaman bu barədə fikirləşə bilərik.
Emin Ağayev