Topaz Premyer Liqasının I turunda AZAL-la görüşdə (1:1) qələbəni əldən verən “Xəzər Lənkəran” klubunun hücumçusu Rauf Əliyevin Newsport.az saytına müsahibəsi
- Qalib gəlməyə çox yaxın olsanızda, sonda 1 xalla kifayətləndiniz...
- Hər şey bizim üçün çox yaxşı başlamışdı, 1:0 hesabı ilə qalib gəlirdik, rəqib 1 nəfərdə azlıqda idi. Fikirləşirəm ki, qırmızı vərəqə bizi arxanyınlaşdırdı. Gözləmədiyimiz anda qol buraxdıq. İlk oyunda 3 xal bizə çox vacib idi, amma alınmadı.
- Rəqibin hücumları daha kəsərli olurdu, düşünmürsən ki, 1 xal qazandınız?
- Əlbəttə ki, 2 xal itirdik, çünki 1:0 hesabı ilə qalib gəlirdik və rəqib 10 nəfərlə mübarizə aparırdı. Düzdür ilk hissədə AZAL daha çox hücum edirdi, lakin qoldan sonra təşəbbüsü tamamilə ələ almışdıq.
- "Xəzər Lənkəran"da ilk rəsmi oyununu necə qiymətləndirirsən ?
- O qədər də yüksək təsir bağışlaya bilmədim, amma şükürlər olsun ki, qol vurdum. Lakin qol vurmağıma baxmayaraq sonda sevinə bilmədim.
- Qoldan sonra əsgər salamı verdin...
- Bu, Qarabağda şəhid olan şəhidlərimizin xatirəsinə bir jest idi. Qol vurduqdan son əsgər salamını verməyə borclu idim.
- "Xəzər Lənkəran"ın heyətində ilk rəsmi oyunda, çempionatın ilk qounu vurdun. "Xəzər Lənkəran" azarkeşlərinə sonda bombardir olacağına söz verirsənmi ?
- İndidən söz verməyim düzgün deyil. Hələ ilk turdu, qarşıda uzun marafon var. Amma komandanın yaxşı nəticə əldə etməsi üçün əlimdən gələni edəcəyimə söz verirəm.
İLKİN SULTANLI