"İnter" Gürcüstanda ilk məşqinə çıxdı

Azərbaycan milli komandasının "Avro-2016"nın seçmə mərhələsində oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən "İnter" klubu təlim-məşq toplanışı keçirmək məqsədilə Gürcüstanda səfərdədir.

Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda bu gün Tbilisidə ilk məşqinə çıxdı.

Məşq prosesi isinmə hərəkətləri ilə başlayıb. Sonra futbolçular müxtəlif məsafələrə qaçış həyata keçiriblər.

Qeyd edək ki, "İnter" klubu bu axşam növbəti məşqinə çıxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right