Hər dəqiqəsi tarix qoxan Azərbaycanın qüruru, "Traxtor"u!

Bu gün mən sizə Newsport.az saytı olaraq Azərbaycanın iranda fəxri, döyünən ürəyi olan "Traktor" klubu haqqında araşdıırma tipli yazımı təqdim edirəm."Traxtor" Iranın Təbriz şəhərinin İran milli futbol çempionatında iştirak edən ən əski futbol komandalarından biri. Klubun sponsoru Təbrizin ən böyük zavodlarından biri olan Traktor zavodudur. Bu klub öz tarixində Kərim Baqiri, Sirus Din Məhəmmədi, Hüseyn Xətibi, Rəsul Xətibi və s. kimi məşhur futbolçular yetişdirmişdir.

 
Komanda 1970-ci ildə yaradılmışdır. "Traktor" 1975-ci ildə İranın Təxti Cəmşid adlı birinci divizion çempionatına yüksəldi. Həmin il 16 klub arasında 16-cı yeri tutur və ikinci diviziona düşür. Ancaq "Traktor" kulubu 1977-ci ildə yenə birinci diviziona yüksələ bilir və 5-ci yeri tutur. "Traktor" 1978/79 mövsümündə də Təxti Cəmşid çempionatında iştirak edir və İran islam inqilabı baş verən zamanadək 9-cu yeri tuturdu. 1978-ci ildə İranın Federasiya çempionatında(cami-həzfi)-ilk dəfə bu yarışmalar keçirilirdi və "Traxtor" ikinci yeri qazandı
 
İran islam inqilabı və İran-İraq müharibəsi səbəbi ilə 1979-cu ildən 1988-ci ilədək iran futbol liqası bağlandı və təkcə əyalət çempionatları keçirilirdi və "Traktor" Təbriz liqasında oynayırdı. Bu dövrün son illərində Rumıniyalı məşqçi Vasili Qoca klubun baş məşqçisi təyin olunur. Vasili Qoca "Traktor" komandasında köklü və əsasi işlər gördü və bu klubun təməl komandalarına nəzarət etdi. Həmin işlər "Traktor"də böyük dəyişiklərə və uğurlu nailiyyətlərə səbəb oldu. "Traktor" 1992-ci ildə İranın Azadeqan adlı birinci divizionunda 3-cü oldu. Bu isə "Traktor"nin İranın birnici divizionunda ən yaxşı nəticəsidir. 1994-cü ildə isə bir daha İranın Federasiya çempionatında(cami-hazfi) ikinci yeri qazandı. Klub 2000/01 mövsümündə Azadeqan liqasında sonuncu oldu. Ancaq 2001/02 mövsümünda İran’ın yüksək liqasının təməli qoyuldu və "Traktor" də bu çempionataya qatıldı. Amma yenə də sonuncu olaraq aşağı liqaya düşdü. "Traktor" 7 il birinci divizionda qaldı və yüksək liqaya yüksələ bilmədi. Sonunda 2008/09 mövsümündə Fəraz Kəmalvəndin baş məşqçiliyi ilə "Traktor" İranın Xəlice-Fars adlı yüksək liqasının vəsiqəsini əldə etdi və yüksək liqaya qayıtdı.
 
"Traktor"nin azarkeşləri İran futbol klubları azarkeşləri arasında ən çılğınları sayılırlar. "Traktor" 4 ildir ardıcıl olaraq 2009/10, 2010/11, 2011/12 və 2012/13 mövsümlərində ən çox tamaşaçısı olan komanda seçilib. "Traktor" Klubunun prezidentinin dediklərinə görə 2010-cu ildə bu klubun 482 min rəsmi azarkeşi olumuşdur ki, bu dünyada ən çox azarkeşi olan "Real"   azarkeşlərinin sayına bərabərdir. "Traktor" qabaqlar stadionda və Təbrizdə sabit azarkeşləri var idi. Amma indi İran Azərbaycanının bütünündə və hətta İraın ayrı vilayətlərindədə çoxlu azarkeşi vardır elə ki Əlburz,Qəzvin, Qum, Tehran və Gilan kimi vilayətlərdə keçirilən matçlarda stadionun yarıdan çoxun "Traktor" azarkeşləri doldurur. Bu şərait "Traktor"nin keçmişdə yüksək liqada olduğu vəziyəti ilə bütünlüklə fərqli sayılır. İranda Nəvəd adlı televiziya verilişində "Traktor" azarkeşlərinə "İranın ən coşqun azarkeşləri” ünvanı verildikdən sonra bu klubun azarkeşləri "Coşqunlar” ləqəbi ilə şəhərlərdə və idman dairələrində məşhurlaşdı. Bəziləri bu klubun azarkeşlərinin alqışlama tərzini şərqi asiya ölkələrinin azarkeşlərinə oxşadırlar.Hazırda bu klub İranda yaşayan türklərin kimlik mübarizəsinin simvollarından birinə çevrilib. Klubun azarkeşləri sevimli komandalarına hətta səfər oyunlarında da rəqib komandanın stadionuna axışmaqla böyük dəstək olurlar. Təkcə əhalisinin 97 faizə qədəri türklər olan Təbrizdə deyil, paytaxt Tehran da daxil, ölkənin türk kökənli insanlarının yaşadığı bütün şəhərlərdə komandanın milyonlarla azarkeşi var. Xüsusilə, Tehranın "İstiqlal" və "Persepolis" futbol komandaları ilə səfər oyunlarında Tehranın 100 minlik stadionuna toplaşan azarkeşlərin ən azı yarısı "Traktor"ni alqışlayır.
 
İranda futbol stadionuna tamaşaçı toplamaq rekordu da "Traktor"ə məxsusdur: İranın yüksək futbol liqasının oyunları çərçivəsində "Traktori"nin Təbrizin doğma Səhənd stadionunda Şirazın "Muqavimət Sipası" komandasına qarşı keçirdiyi oyuna stadionun tutumundan daha artıq azarkeş gəlib və bəzi mənbələrə görə sayı 110-150 min arası olan bu azarkeşlər öz doğma komandalarına hətta ətrafdakı təpələrin üzərinə çıxaraq azarkeşlik ediblər. 2011-ci ilin aprel ayında da Səhənd stadionunda "Traktor" və "Sepahan" arasındakı oyuna baxmağa gələn azarkeşlərin sayı stadiounun tutumundan çox olub və oyunun başlanmasına bir neçə saat qalmış Təbrizin radio və televiziyası azarkeşlərə stadionda boş yer olmadığına görə ora getməməyi məsləhət görüb. "Traktor" İran milli futbol çempionatının yüksək liqasının 2010-2011-ci il mövsümündə ən güclü azarkeş dəstəyinə malik komandası olub. Orta hesabla Təbrizin Səhənd stadionuna bu komandanın hər oyununa tamaşa etmək üçün 60000 azarkeş toplaşır. 
 
İranda qadınlara futbol oyunlarına tamaşa etmək üçün stadiona getmək qadağandır. Bəhanə kimi stadionlarda kişi futbol azarkeşlərinin bəzən etikadan kənar ifadələr işlətməsi, şüarlar səsləndirməsi göstərilir. Ancaq "Traktor" azarkeşləri İran futbol klubları azarkeşləri arasında həm də ən nizam-intizamlı azarkeşlər sayılırlar. Klubun qadın azarkeşləri stadiona girmək qadağası olduğuna görə sevimli komandalarının oyunlarına stadion ətrafındakı təpələrin üzərinə çıxaraq tamaşa edirlər. Amma bu ənənənin digər şəhərlərdə də yayılacağından təşvişə düşən polis son vaxtlar buna qarşı ciddi mübarizə aparır. Hətta komandanın bir neçə qadın azarkeşi həbs edilmiş və onlardan bir daha futbol oyunlarına tamaşa etmək üçün ətraf təpələrə qalxmayacaqları haqqında iltizam alındıqdan sonra azad buraxılmışlar.
 
"Traktor" azarkeşlərini bəzən İspaniyanın Kataloniya əyalətinin Barselona klubunun azarkeşləri ilə müqayisə edirlər. Katalan dili İspaniyada qadağan olunduqdan sonra "Barselona"nın azarkeşləri bu komandanın hər ev oyununda doğma Kamp Nou stadionuna axışaraq katalanca milli şüarlar səsləndirməyə başlamışlar. Hazırda İran türkləri də həm "Traktor"nin, həm də Təbrizin digər futbol klublarının —"Şəhrdari" və "Göstəriş Polad" klubunun ev oyunlarında stadionlarda milli şüarlar səsləndirirlər. "Traktor"nin qələbə qazanmasından və ya məğlub olmasından asılı olmayaraq onlar sevimli komandalarını alqışlayırlar. Hətta komanda öz qapısından top buraxanda belə stadionda "Eybi yox! Eybi yox" sədaları eşidilir. "Traktor" azarkeşlərinin tez-tez səsləndirdikləri bəzi şüarlar bunlardır:
 
Yaşasın Azərbaycan!
Yel yatar, tufan yatar, yatmaz Tirəxtur bayrağı"
Azərbaycan var olsun, İstəməyən xar olsun!
Azərbaycan yurdumuz, Tirəxtur bozqurdumuz!
Türk dilində mədrəsə, Olmalıdır hər kəsə!
 
 
Tehranda keçirilən oyunlarda bəzən Tehran klublarının azarkeşlərinin türklərə qarşı səsləndirdikləri irqçi şüarlara "Traktor" azarkeşlərinin verdikləri cavabın nəticəsində Təbriz komandası cəzalandırlıb və ev oyunlarının bir neçəsini azarkeş dəstəyi olmadan, tamaşaçısız stadionda keçirməli olub.
 
"Traktor" azarkeşləri həm Cənubi Azərbaycanın, həm də Azərbaycan Respublikasının problemlərini öz problemləri sayırlar.Stadionda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların ermənilər tərəfindən işğalına etiraz əlaməti olaraq tez-tez "Qarabağ bizimdir, bizim olacaq" şüarı səslənir. Əgər komandanın keçirdiyi oyunlar Qarabağda baş vermiş soyqırım günləri ilə üst-üstə düşürsə, şəhidlərin xatirəsi şüarlarla mütləq yad edilir.
 
 
"Traktor" azarkeşləri təkcə öz doğma komandalarını dəstəkləməklə kifayətlənməyib, Azərbaycanın bütün toplumsal problemlərinə öz münasibətlərini bildirməyə, haqsızlıqlara qarşı etiraz səslərini ucaltmağa çalışırlar. Hazırda belə problemlərdən biri Cənubi Azərbaycanın simvollarından biri sayılan Urmiya gölünün get-gedə qurumasıdır. "Traktor"nin 2010-cu ildə keçirdiyi ev oyunlarından birində stadionda "Urmu gölü səslənir, susuzam, haray, haray" şüarı səsləndi. Bunun nəticəsi olaraq həmin il mart ayının 1-də Təbrizdən, Urmiyadan, Güney Azərbaycanın digər bölgələrindən olan yüzlərlə "Traktor" azarkeşinin hər biri Urmiya gölünün üzərindəki körpüdən gölə bir qab su tökdü. Bundan sonra Urmiya gölünə gələn hər bir adam ciddi polis yoxlanışından keçirilir və bəzi məlumatlara görə bu günəcən bu kampaniyaya qoşulmaq istəyən 100-dən artıq "Traktor" azarkeşi həbsdədir. 2011-ci ilin avqust ayında Urmu Gölünə su çatdırmaq layihəsinin İranın İslamı məclisində 2-təcili səs alabilməməyi, Güney Azərbaycanlılar, özəlliklə Tirəxtur yandaşları arasında yenə böyük bir etiraz dalğası yaratmaqa, səbəb oldu 25 Avqust gecəsi oynanılan Azərbaycan derbisi, "Traxtor" və "Bələdiyyə Spor" yarışında, 50,000 dən artıq tamaşaçı Səhənd Stadionuna toplanıb və Məclis əleyhinə "Urmu Gölü can verir, Məclis onun qətlinə fərman verir" kimi şuarlar verib.
 
Klub öz adını onun rəsmi sponsoru olan Təbrizin Traktor istehsal edən zavodunun adından götürmüşdür. İngiliscə "Tractor" sözünə təbrizlilər öz ləhcələrində "Tirəxtur" və ya "Traxtur" deyirlər. Bu səbəbdən də azarkeşlər öz sevimli komandalarını məhz Təbriz ləhcəsi ilə alqışlayırlar. Hətta azarkeşlər israrla klubun adının fars dilinə uyğun şəkildə "Traktorsazi" adlandırılmasına etiraz etmək için köynəklər və bayraqlarına "Tirəxtur" və ya "Traxtur" yazırlar, amma polislər azarkeşlərə əksər hallarda üzərinə "X" yazılmış bayraqlar və köynəklərlə stadiona daxil olmağa imkan vermirlər.
 

Emin Ağayev

 

 







Digər albomlar




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right