"Simurq" klubu dörd futbolçusu ilə müqaviləni yeniləyib.
Newsport.az saytının məlumatına görə, ötən gün Stepan Polyakla yeni müqavilə imzalanıb. Təcrübəli yarımmüdafiəçi ilə 1+1 sistemli razılıq əldə olunub.
Zaqatala təmsilçisi son mövsümdə bombardiri olmuş futbolçusu Draqan Çeranı da heyətində saxlayıb. Serbiyaıl hücumçu daha iki il “Simurq”un şərəfini qoruyacaq.
Əvəzedici heyətin futbolçuları Oruc Balaşlı və Kənan Müslümovla yeni üç illik müqavilə imzalanıb.