Mahmud Qurbanov rəqiblərin oyununda

Azərbaycan millisinin məşqçisi Mahmud Qurbanov Bolqarıstana gedəcək.  

Newsport.az-ın məlumatına görə,41 yaşlı çalışdırıcı AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Bolqarıstan – Xorvatiya qarşılaşmasını izləyəcək.

Oktyabrın 10-da keçiriləcək qarşılaşma Sofiya şəhərindəki Vasil Levski adına stadionda baş tutacaq. Millimizin seçmə mərhələnin H qrupundakı rəqiblərinin bu görüşündən 3 gün sonra balkanlılar yığmamızla üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right