"Qarabağ" Danilo Dias, Tərlan Quliyev və Cavid Tağıyevdən sonra daha iki gənc futbolçunu öz sıralarına qatdı.
Newsport.az saytının məlumatına görə, onlar `"Bakı"nın yetirmələri Şəhriyar Əliyev və Namiq Ələsgərovdur. 1992-ci il təvəllüdlü Şəhriyar sağ cinah müdafiəçisi, 1995-ci il təvəllüdlü Namiq isə hücumçudur. Hər iki futbolçu ilə 3 illik müqavilə imzalanıb