"Neftçi" məşqləri bərpa etdi

“Neftçi” klubu bu gün istirahəti başa vuraraq hazırlığa start verib.

Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bazada keçirilmiş məşqdə Flavinyodan başqa bütün futbolçular iştirak edib. Zədədən əziyyət çəkən braziliyalı yarımmüdafiəçi həkim nəzarəti altında bərpa prosesini keçir. “Sumqayıt” klubu ilə oyuna hazırlıq sabah baş tutacaq 2 məşqlə davam edəcək.

Xatırladaq ki, “Neftçi”nin ümumilikdə 9 futbolçusu yığma komandaların düşərgəsinə yollanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right