“Orxan Məmmədov “Neftçi” - “Qarabağ” oyununu çox aşağı səviyyədə idarə etdi. Onun idarəçiliyindən necə razı qala bilərəm?”
Newsport.az-ın məlumatına görə,Futbolxeber.az saytına verdiyi müsahibədə bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
PFL prezidenti “Neftçi” - “Qarabağ” görüşünü idarə edən Orxan Məmmədovun hər iki komandanın əlehinə səhv qərarlar qəbul etdiyini bildirib: “Bəli, Reynaldo meydandan qovulmalıydı. Üstəlik, “Neftçi”nin qapısına təyin olunan penalti də səhv qərar idi. Lakin Orxan Məmmədov təkcə “Neftçi”nin deyil, “Qarabağ”ın əlehinə də qərarlar qəbul etdi. Bir epizodda o, “Neftçi”nin futbolçusunu meydandan qovmalıydı. Lakin qovmadı. Ümumilikdə, Məmmədovun idarəçiliyi çox aşağı səviyyədə idi”.